Bakıda 4 piyada yol qəzasında ölüb
17 avqust 2011 13:50 (UTC +04:00)

Bakıda 4 piyada yol qəzasında ölüb

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Novxanı kəndi ərazisində “Luxus” markalı avtomobil 72 yaşlı piyada Ədilə Babayevanı vurub. Ə.Babayeva hadisə yerində ölüb. Hövsanda isə naməlum avtomobil 7 yaşlı Məhəmməd Süleymanovu vuraraq öldürüb. Digər hadisələr isə Yasamal və Binəqədi rayonları ərazisində qeydə alınıb. Yeni dairəvi yolda Astara rayon sakini Orxan Rəhimov "VAZ-2107" markalı avtomaşını idarə edərkən şəhər sakini Alfiya Trequlovanı vurub. Xəsarət almış A.Trequlova xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini Cahid Əliyev "VAZ-2106" ilə həmyerlisi Ramil Səfərovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Səfərov orada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 669

Oxşar yazılar