Jurnalist qadın “Mercedes”lə 5 piyadanı vurdu: 1 ölü, 4 yaralı
17 avqust 2011 11:21 (UTC +04:00)

Jurnalist qadın “Mercedes”lə 5 piyadanı vurdu: 1 ölü, 4 yaralı

0
Baş Dövlət Yol Polisi İdarəsi İstintaq Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Quba yolunun Saray qəsəbəsindən keçən hissəsində 90 KA 947 nömrə nişanlı “VAZ 2107” piyada Zəfər İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Həmin yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində isə 1986-sı il təvəllüdlü Hüseynova Lalə Elman qızı idarə etdiyi “Mercedes”lə 5 piyadanı vurub. Nəticədə piyadalar - 1955-ci il təvəllüdlü Təhməzova Mədinə Savad qızı hadisə yerində keçinib. Onun qızı, 1981-ci il təvəllüdlü Təhməzova Ruhiyyə Qubad qızı, nəvələri 4 yaşlı Təhməzova Əntiqə Babək qızı, 2 yaşlı Nəzrin və 1 yaşlı Tunar isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.


Qeyd edək ki, qəzanı törədən 25 yaşlı L.Hüseynovanın “Respublika xəbərləri” qəzetinin əməkdaşı olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 975

Oxşar yazılar