Mənzildən çürüməkdə olan kişi meyiti tapılıb
0
0
Bu barədə APA-ya Nəsimi rayon polis idarəsindən bildirilib.
Məlumata görə, 3-cü mikrorayon, Cavadxan küçəsi 18, mənzil 35-də naməlum meyitin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Hadisə yerinə baxış keçirilərkən həmin ünvanda yaşayan, 33 yaşlı Elnur Aslanovun çürüməkdə olan meyiti tapılıb. Onun təxminən 10 gün əvvəl öldüyü müəyyən edilir. Ölümün səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.