Arif Hacılı və Fuad Qəhrəmanlının məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salındı
0
0
Bu barədə Lent.az-a məlumat verən vəkil Əsabəli Mustafayev bildirib ki, hazırlıq iclasında müdafiə tərəfinin təqsirləndirilən şəxslərin dəmir barmaqlıqların arxasından çıxarılması ilə bağlı vəsatətləri təmin edilib.
Müdafiə tərəfi prosesdə məhkəmə tərkibinə etiraz edib, iclasın hakim Famil Nəsibovun sədrliyi ilə keçirilməməsi, işin icraatının başqa hakimə verilməsi barədə vəsatət də qaldırıb. Vəsatət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, adı çəkilən şəxslər bu il aprelin 2-də keçirilən aksiyayla bağlı təqsirləndirilən şəxs qismində saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
Onu da bildirək ki, aprelin 4-də Səbayel rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddə ilə elan olunan ittiham onun üzərindən götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb. Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində isə həbs-qətimkan tədbiri seçilib.