Bakıda makleri öldürən şəxs tutulub
12 avqust 2011 12:43 (UTC +04:00)

Bakıda makleri öldürən şəxs tutulub

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəhrəman Cəlilovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Vaqif Cəfərov yaxalanaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, F.Xoyski küçəsində yerləşən ev alqı-satqısı ofisində baş verib. V.Cəfərov ev alqı-satqısı ilə məşğul olan Q.Cəlilovu öldürərək aradan çıxıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar