Tərtərdə 14 yaşlı qız özünü öldürdü
0
0
Tərtər rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bəyim Sarov kənd sakini, 1997-ci il təvəllüdlü İsmayılova Aytən Arıf qızı özünü öldürüb. O, yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, 14 yaşı hələ tamam olmamış qız hadisə baş verən zaman evdə tək olub. Onun valideynləri sahəyə əkin işləri üçün gedib, qardaşı isə mal-qaranı otarmaq üçün evi tərk edib. Günorta saatlarında evə qayıdan valideynlər isə dəhşətli hadisənin şahidi olublar. Onların 7-ci sinifdə oxuyan qızları mənzilin ortasında asılmış vəziyyətdə qalıb.
Faktla əlaqədar Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.
Nizam RZA