Ağcabədidə ata qızını baltalayıb öldürdü
0
0
Bu gün saat 16.00 radələrində Ağcabədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qarabağ küçəsində yaşayan 1963-cü il təvəllüdlü Süleymanov Abış Salman oğlu qızı, 1992-ci ildə anadan olmuş Pərvanəni baltalayaraq öldürüb.
Ata 19 yaşlı qızının bədəninin müxtəlif nahiyələrinə, o cümlədən başına zərbələr endirib. P.Süleymanova hadisə yerində ölüb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri işləyir. Qətlin zəmini, motivi və digər detalları araşdırılır.
Nizam RZA