DİN Hacıqabuldakı partlayışla bağlı məlumat yaydı
0
0
Daxili İşlər Nazirliyi avqustun 9-da saat 15 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindəki “Azpetrol” yanacaq doldurma məntəqəsi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, məntəqəyə 200 metr qalmış Bakı şəhərindən Bərdə rayonuna “Propan” maye-qaz daşıyan Şərur rayon sakini Çingiz Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomaşında partlayış baş verib.
Nəticədə maşının hissələri məntəqəyə çırpılıb və hadisə yerinin yaxınlığında olan 7 avtomaşın yanıb, 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Nəticədə maşının hissələri məntəqəyə çırpılıb və hadisə yerinin yaxınlığında olan 7 avtomaşın yanıb, 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
0
0