“Semaşko”da dəhşətli intihar
31 may 2011 10:07 (UTC +04:00)

“Semaşko”da dəhşətli intihar

Mayın 30-da Bakıda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1 saylı şəhər xəstəxanasında (keçmiş Semaşko adına xəstəxana) müayinəyə gələn xəstə özünü öldürüb.


Məlumata görə, 1953-cü il təvəllüdlü Yusubov Saleh Cəlil oğlu özünü xəstəxananın 4-cü korpusunun, 3-cü mərtəbəsindən atıb. 58 yaşlı kişi hadisə yerindəkeçinib.


Qeyd edək ki, S.Yusubov xəstəxanaya onurğa sütunundakı xəsarəti müayinə etdirmək üçün gəlibmiş. Lakin həkim qəbuluna keçməli olan şəxs qeyri-müəyyən səbəblərdən intihar edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030

Oxşar yazılar