İki “VAZ 2107” toqquşdu: 7 yaralı
30 may 2011 15:20 (UTC +04:00)

İki “VAZ 2107” toqquşdu: 7 yaralı

Bakı-Rusiya Federasiyası sərhəd yolunun Şabran rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Şamaxı rayon sakini Aydın Salmanovun idarə etdiyi 56 BE 320 dövlət nişanlı “VAZ 2107” markalı əks istiqamətdə hərəkətdə olan Qusar rayon sakini Yuzer Cumatovun idarə etdiyi 38 BD 980 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomaşınla toqquşub. Qəza nəticəsində avtomaşınlarda olan 7 nəfərin hamısı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alan şəxslər Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəsarət alan şəxslərdən ikisinin vəziyyəti ağırdır. İki nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.


İlkin ehtimallara görə, Yuzer Cumatov qarşı tərəfdən gələn avtomaşının yoluna çıxıb və qəzadan yayına bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar