Bakıda ağır qəza: 11 yaralı
30 may 2011 10:19 (UTC +04:00)

Bakıda ağır qəza: 11 yaralı

Mayın 29-da saat 19.00 radələrində Bakıda ağır yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kənar Dairəvi yolda 90 XL 304 nömrə nişanlı “VAZ 21 015” və 10 UX 842 nömrəli “VAZ 21 06” toqquşub.

Nəticədə iki avtomobildə olan 11 nəfər şəxs müxtəlif xəsarətlər alıb. Yaralılar paytaxtın xəstəxanalarına yerləşdirilib.


Qeyd edək ki, hadisə yerinə cəlb olunan çoxsaylı təcili tibbi yardım maşınları Yeni Yasamal qəsəbəsi və ətraf ərazilərdə həyəcan yaradıb. Hadisə nəticəsində zərərçəkənlər isə iki ailənin üzvləridir.
Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar