Bakıda dayı-bacıoğlu bıçaqlandı: 1 ölü, 1 yaralı
Mayın 26-da Bakıda qətl hadisəsi törədilib. Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ramanı qəsəbəsində Yaşıllaşdırma İdarəsinin qarşısında istintaq sirri olduğundan şəxsiyyəti açıqlanmayan şəxs Lerik rayon sakini, 1958-ci il təvəllüdlü Səfərov Nadir Daşdəmir oğlunu və onun bacısı oğlu, 1961-ci ildə anadan olmuş Rüstəmov Vaqif Hüseynəli oğlunu bıçaqlayıb.
Hər iki qohum ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, 53 yaşlı N.Səfərovun həyatını xilas etmək mümkün olmayıb. Onun bacısı oğlu V.Rüstəmovun vəziyyəti isə ağırdır.
Əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.
Nizam RZA

500