Tural Abbaslı və Cavid Mehrəliyev universitetə bərpa oluna bilər
27 may 2011 15:13 (UTC +04:00)

Tural Abbaslı və Cavid Mehrəliyev universitetə bərpa oluna bilər

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və KXCP üzvü Cavid Mehrəliyevin Bakı Dövlət Universitetinə (BDU) bərpasına baxıla bilər. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib: “Praktikada belə bir təcrübə mövcuddur. Bununla bağlı universitetə xüsusi müraciət olmalıdır. Müraciət xüsusi komissiya tərəfindən dəyərləndirildikdən sonra müvafiq qərar qəbul edilir”.

A. Məhərrəmov hər iki gəncin universitetdən siyasi əqidələrinə görə deyil, akademik borca görə xaric edildiklərini, məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar