Cəlilabad RHK-da ciddi korrupsiya faktları aşkarlanıb
24 may 2011 13:06 (UTC +04:00)

Cəlilabad RHK-da ciddi korrupsiya faktları aşkarlanıb

Respublika Hərbi Prokurorluğu Cəlilabad Rayon Hərbi Komissarlığında (RHK) yoxlamalar aparır. Bu barədə APA-ya Cəlilabad RHK-dan bildirilib. Məlumata görə, Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının apardığı yoxlamalar bir aya yaxındır, davam edir. Yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı artıq rayonun hərbi komissarı Şirvan Xasıyevin ifadəsi alınıb.
Yoxlamaların nəticəsi olaraq bir neçə nəfərin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.


Qeyd edək ki, bir müddət əvvəl Bakının Binəqədi, Suraxanı rayonlarının və Sumqayıt şəhərinin hərbi komissarları da korrupsiya faktı ilə bağlı həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857

Oxşar yazılar