“Nissan” ağaca çırpıldı: 2 ölü
24 may 2011 11:58 (UTC +04:00)

“Nissan” ağaca çırpıldı: 2 ölü

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Avşar kəndində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 113-cü kilometrliyində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılıb.


Nəticədə, sürücü 1985-ci il təvəllüdlü Əliyev Elməddin Rəhman oğlu və sərnişin 1980-ci il təvəllüdlü Məmmədov Bayram Şükür oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə E.Əliyevin və B.Məmmədovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar