Torpaq və Xəritəçəkmə Komitəsində bomba həyəcanı
23 may 2011 18:10 (UTC +04:00)

Torpaq və Xəritəçəkmə Komitəsində bomba həyəcanı

Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən binada partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əraziyə yollanıblar. Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən və binada işləyən şəxslərin təhlükəsizliyi təmin olunduqdan sonra xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə hadisə yerində axtarış işləri aparıb.


Məlumat təsdiqlənməyib, heç bir partlayıcı qurğu aşkarlanmayıb.

Hazırda yalan məlumat verən şəxsin kimliyi araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar