“Bulvar aksiyası”na görə 4 nəfərə həbs cəzası verildi
Bu barədə Lent.az-a Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri Səbail rayon məhkəməsi ADP üzvləri Emin Fərhadi və Orxan Çarçıyevin 8 sutkalıq, Cəmil Hacıyev və Ağasif Şakiroğlunun 7 sutkalıq həbsi barədə qərar çıxarıb.
Qeyd edək ki, mayın 22-də 30-a yaxın gənc Dənizkənarı Milli Parkda əllərində hazırda həbsdə olan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Rüfət Hacıbəyli və həbsdə olan digər gənclərin şəkillərini tutaraq, yürüş keçirib. Aksiya polisin müdaxiləsi ilə başa çatıb. Aksiyanı Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi təşkil edib.
Anar GƏRAYLI

515