2 hakimin səlahiyyətinə xitam verilib
23 may 2011 17:02 (UTC +04:00)

2 hakimin səlahiyyətinə xitam verilib

Şuradan Lent.az-a verilən məlumata görə, iclasda korrupsiyaya qarşı mübarizə sektorunun məlumatı dinlənilib. İclasda həmçinin, vətəndaşlardan Məhkəmə-Hüquq Şurasına daxil olan müraciətlər təhlil edilib, əsas narazılıq doğuran hallar və onların aradan qaldırılması üzrə əlavə tədbirlər müzakirə olunub.

Azərbaycanda korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 2 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilib. Məhkəmə-Hüquq Şurasından (MHŞ) Lent.az-a verilən məlumata görə, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə isə 7 hakim barədə intizam icraatları başlanılıb.

İclasda qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə 1 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 1 nəfərin barəsində isə intizam icraatının başlanılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar