Bakıda ağır qəza: 2 ölü, 2 yaralı
23 may 2011 11:38 (UTC +04:00)

Bakıda ağır qəza: 2 ölü, 2 yaralı

Mayın 23-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunda, Qaradağ rayonu ərazisində “QAZ 3300” markalı avtomobil yolun eyni hərəkət zolağı ilə gedən “QAZ 52”-yə çırpılıb.


“QAZ 3300”-ün arxadan yük avtomobilinə çırpılması nəticəsində maşının ön oturacaqlarındakı hər iki şəxs hadisə yerində keçinib. Həmin maşında olan digər sərnişin və “QAZ 52”-nin sürücüsü isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Hadisə baş verən zaman minik avtomobilinin sürücüsünün yuxuya getdiyi güman olunur.

Faktla bağlı BDYPİ-nin İstintaq İdarəsində cinayət işi başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar