Bakıda “Mercedes” yol polisinin maşınına çırpıldı
Mayın 22-nə keçən gecə Bakıda polisin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov küçəsi 22 saylı binanın qarşısında 10 ZZ 566 nömrə nişanlı “Mercedes G Class” xidmət aparan yol polislərinin maşınına çırpılıb.
Nəticədə Bakı şəhər Dövlət Yol Polisi idarəsinə məxsus 10 YP 372 nömrə nişanlı “BMW”-yə ciddi ziyan dəyib. Xidmət aparan polis baş leytenantı 1968-ci il təvəllüdlü inspektor Quliyev Müşfiq Sulduz oğlu isə ağır xəsarət alıb. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA

685