Göyçayda 82 yaşlı qadın intihar edib
Göyçay rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Rayonun Xəlitli kənd sakini 1928-ci il təvəllüdlü Məmmədova Yetər Şükür qızı taksiyə oturaraq yaşadığı yaşayış məntəqəsinin ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarına gəlib və heç kəsin olmadığı bir yerdə özünü suya atıb. Beş övladı olan 82 yaşlı qadının ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. İlkin olaraq intiharın bu səbəbdən baş verdiyi güman olunur. Qadının meyiti bu gün səhər saatlarında kanaldan çıxarılıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

498