Anamı, bacımı söydü və bir yumruq vurdu - TƏFƏRRÜAT
21 may 2011 19:01 (UTC +04:00)

Anamı, bacımı söydü və bir yumruq vurdu - TƏFƏRRÜAT

Mayın 20-si axşam saatlarında Şabran rayonunda baş verən qətlə hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi Şabran şəhərinin H.Əliyev prospektində yerləşən “Savalan” restoranında qeydə alınıb.

Yeməkxanada ofisiant kimi çalışan 1976-cı il təvəllüdlü Samir Qəniyev müştəri, 1979-cu il təvəllüdlü İlham Quliyevi qətlə yetirib. O, yeməkxananın mətbəxindən götürdüyü məişət bıçağı ilə İlham Quliyevə alın və sol döş nahiyəsindən bir neçə bıçaq zərbəsi endirib. Xəsarət alan şəxs hadisə yerindəcə keçinib.

35 yaşlı Samir Qəniyev istintaq zamanı bildirib ki, yeməkxananın daimi müştərisi olan İlham Quliyev onu dəfələrlə təhqir edib. Xəbərdarlıq etməsinə baxmayaraq mərhum bu əməllərindən vaz keçməyib. 2 uşaq atası olan Samir İlham Quliyevin mayın 20-si axşam bir qədər spirtli içki qəbul etdikdən sonra onun anasını, bacısı və yaxınlarını təhqir etdiyini, özünü isə yumruqla vurduğunu deyib. Onun sözlərinə görə, o, əsəblərini cilovlaya bilməyib və İ.Quliyevi qətlə yetirib.

Faktla bağlı Şabran prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar