Hacıqabulda qəza: bacı-qardaş öldü
Hacıqabul rayonunda baş vermiş avtomobil qəzasında iki nəfər ölüb, iki nəfər isə yaralanıb. APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan müxbirinə DYP əməkdaşlarının bildirdiyinə görə, hadisə Bakı-Qazax yolunun 114-cü kilometrliyində üç avtomobilin toqquşması nəticəsində baş verib.
Sabirabad sakini Mahir Cahangirovun idarə etdiyi VAZ 2106 markalı, 10 HV 303 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn “Mercedes” markalı 10 ZP 670 dövlət nömrə nişanlı avtomobillə, daha sonra isə KAMAZ markalı 90 AJ 818 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Nəticədə VAZ 2106 markalı avtomobilin sürücüsü, 1964-cü il təvəllüdlü Mahir Cahangirov və onun bacısı, 1971-ci il təvəllüdlü Yeganə Cahangirova hadisə yerində ölüblər.
VAZ 2106 markalı avtomobilin sürücüsünün meyitini avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN əməkdaşları çağırılıb. Avtomobilin digər sərnişini, 40 yaşlı Abbasova Xatirə Mürsəl qızı ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, “Mercedes” markalı avtomobilin sürücüsü, Lökbatan qəsəbə sakini, 1971-ci il təvəllüdlü Əhədov Rafiq Qibləli oğlu isə döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd: Fotolar APA-nındır.

666