Yol-nəqliyyat hadisələrində 2 piyada öldü
Lent.az-ın Daxili İşlər Nazirliyiniun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Salyan rayonunda, Ələt-Astara yolunun 38-ci kilometrliyində, Xələc kənd sakini Asif Əbilov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmkəndlisi Rafət Süleymanovu vurub. Xəsarət alan Rafət Süleymanov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində də piyadanın ölümünə səbəb olan avtomobil qəzası baş verib. Hacıqabul rayon sakini Abbas Qocayev idarə etdiyi avtomobillə Sulutəpə qəsəbə sakini Bəsti Sadıqovanı vurub. B.Sadıqova xəstəxanada dünyasını dəyişib

419