İnsan alveri ilə məşğul olan iki qadın tutulub
19 may 2011 13:58 (UTC +04:00)

İnsan alveri ilə məşğul olan iki qadın tutulub

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəna Rəhimli gəlir əldə etmək məqsədilə qadınları İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoyduğuna görə tutulub.


İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Fəridə Sadıqova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə yaxalanıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar