“Qara transplantasiya” işi üzrə istintaq başa çatır
Kiyevdəki Şalimov adına İnstitutun həkimlərinin “qara transplantasiya” işi üzrə istintaq başa çatmaq üzrədir. APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Vasili Farinnik bəyan edib.
Onun sözlərinə görə, “Qara transplantasiya” işi üzrə 25 zərərçəkən var: “Bizdə cərrahiyyə əməliyyatı faktları sənədlərlə təsdiqlənib. Həkimlərin qaçacaq yeri yoxdur, çünki donorlar onların əleyhinə ifadə veriblər”.
Ümumilikdə iş üzrə 6 nəfər istintaqa cəlb olunub, onlardan üçü həkimdir. İstintaqa cəlb olunan şəxslərin hamısı həbs olunub.
Həkimlər təkcə insan orqanlarının transplantasiyası ilə bağlı qeyri-qanuni cərrahiyyə əməliyyatları aparmaqda ittiham olunmurlar, onlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı da irəli sürülüb. Bu qruplaşmanın rəhbəri tibbi təhsili olmayan İsrail vətəndaşıdır.
Vasili Farinnik bildirib ki, həkimlər 25 qeyri-qanuni cərrahiyyə əməliyyatının 15-ni Azərbaycanda, qalanlarını isə Ekvador və Kosovoda keçiriblər.
Qeyd edək ki, Ukraynanın hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən də birgə araşdırma aparılıb. Müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını Azərbaycana gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil ediblər. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozub, həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradıblar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar.
İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

534