Ağdaşda iki uşaq anası intihar etdi
Bu gün Ağdaş rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qəbələ rayonu Nic qəsəbə sakini, 1971-ci il təvəllüdlü Muradxanova Zərnişan Hümbət qızı özünü Ağdaş rayonunda asıb. Məlumata görə, 40 yaşlı qadının ailəsi Ağdaş rayonundakı qışlaqda-fermer təsərrüfatında məskunlaşıb. Bu gün isə naməlum səbəbdən Z.Muradxanova özünü qışlağın alaçığının tirindən asıb.
Qeyd edək ki, Z.Muradxanova ailəli olub. Onun 2 övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
Qeyd edək ki, Z.Muradxanova ailəli olub. Onun 2 övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
564