Günün tarixi
19 may 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1498. Portuqal səyyah Vasko da Qama Kəlküttə şəhərinə gəlib. Da Qama tarixə Hindistana dəniz yolu ilə gələn ilk avropalı kimi düşüb

1662. İngiltərə hökuməti xristian əqidəsinə zidd olan ədəbiyyatın ölkəyə gətirilməsini qadağan edib

1728. II Pyotr Rusiyanın paytaxtını Peterburqdan geriyə, Moskvaya köçürmək barədə sərəncam verib

1881. Mustafa Kamal Atatürk anadan olub

1907. Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb

1910. Şair Rəsul Rza anadan olub

1919. BDU-nun təsis komissiyası yaradılıb

1921. I Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in Konstitusiyası qəbul edilib

1935. Şair, tərcüməçi Vladimir Qafarov anadan olub

1944. SSRİ-də qeyri pravoslav dinlər üzrə Şura təsis edilib. 2 il sonra isə müsəlmanlara Həcc ziyarətinə getməyə imkan verilib

1997. Azərbaycan Avropada adi silahlar haqqında Konvensiyaya qoşulub

1998. Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib

1999. Sumqayıt şəhər 8 saylı orta məktəbində hərbi dərs zamanı “RQD-5” qumbarasının partlaması nəticəsində 6 nəfər həlak olub, 18 nəfər yaralanıb

2004. Azərbaycanda “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib

Günün aforizmi

“Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”.

A. Şaiq
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar