Bakıda müəmmalı ölüm hadisəsi
18 may 2011 13:08 (UTC +04:00)

Bakıda müəmmalı ölüm hadisəsi

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər mənzilin giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin giriş qapısını bayır tərəfdən açmağa müvəffəq olublar. Mənzilə baxış keçirilərkən 1961-ci il təvəllüdlü Hüseynova Xeyransa döşəmədə hərəkətsiz vəziyyətdə, digər şəxs isə gərgin psixoloji vəziyyətdə aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində X.Hüseynovanın vəfat etdiyi, digər şəxsin isə ruhi xəstə olduğu məlum olub. X. Hüseynovanın cəsədi və xəstə şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar