“Azəriqaz”ın işçiləri qaz sayğacını dəyişərkən partlayış olub
18 may 2011 12:38 (UTC +04:00)

“Azəriqaz”ın işçiləri qaz sayğacını dəyişərkən partlayış olub

Mayın 17-də saat 10.40-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində partlayış hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillərin birində "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları Arif Əliyev və Knyaz Yusifov qaz sayğacını dəyişərkən qaz sızmasından partlayış olub.


Nəticədə dağıntı olmasa da, yanıq xəsarəti almış mənzilin sahibi Akif Bayramov xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar