Koreyalı müəllim Azərbaycanda xristianlığı təbliğ edirmiş
Mayın 17-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər nümayəndəsi ilə birgə Sumqayıt şəhərində “Kainat” dilləri kursunda yapon və koreya dilləri üzrə müəllim işləyən, Cənubi Koreya vətəndaşı Son Chunq Soonun qanunsuz olaraq xristian dinini təbliğ etməsini müəyyən edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onun yaşadığı evə baxış zamanı oradan 60 ədəd "Əhdi Cədid" adlı dini kitab aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Faktla bağlı araşdırmalar aparılır.
728