Türkiyədə vəfat edən jurnalistimiz Sabirabadda dəfn olunacaq
18 may 2011 11:35 (UTC +04:00)

Türkiyədə vəfat edən jurnalistimiz Sabirabadda dəfn olunacaq

Lent.az-ın məlumatına görə, dünən axşam İstanbuldakı “İhlas Mərmərə” evləri adlanan ərazidə, “Kısım” məscidində mərhumun qardaşları Əflatun və Nadirin iştirakı ilə qılınan cənazə namazından sonra mərhumun nəşi Bakıya göndərilib.

1975-ci il təvəllüdlü Müşfiq Nadirin cənazəsi bu gün doğulduğu Sabirabad rayonunda torpağa tapşırılacaq.

Mərhum jurnalist “İhlas” Xəbər Agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri olub. O, 14 il bu agentliklə əməkdaşlıq edib. 10 il əvvəl ailə həyatı qurmuş gənc jurnalistin 6 yaşlı oğlu var.

Allah rəhmət eləsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar