Çavuş əsgəri öldürəndən sonra intihar edib
18 may 2011 11:15 (UTC +04:00)

Çavuş əsgəri öldürəndən sonra intihar edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Milli Ordunun kiçik çavuşu, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu avtomat silahla qətlə yetirib. Daha sonra E. Əliyev özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, hadisəni törədən E. Əliyev Ordubad, T. Abdullayev isə Şərur Rayon Hərbi komissarlıqlarından hərbi xidmətə çağırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000

Oxşar yazılar