Milli Ordunun əsgəri hərbçi yoldaşını öldürüb
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gəncədəki “N” saylı hərbi hissəsində qeydə alınıb.
Milli Ordunun əsgəri, 19 yaşlı Əkbər Cəbrayıl oğlu Dəmirov postda olarkən əlindəki xidməti silahı ilə davranma qaydasını kobud şəkildə pozduğu üçün atəş açılıb və hərbçi yoldaşına dəyib. Nəticədə onunla birgə xidmətdə olan, əsgər, 19 yaşlı Xəqani Zakir oğlu Allahverdiyev aldığı güllə yarasından dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisəni törədən Ə. Dəmirov 2010-cu ilin aprelində Quba, dünyasını dəyişən X. Allahverdiyev isə 2010-cu ilin aprelində Şuşa Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb.

973