11-ci sinif şagirdi özünü öldürdü
Ağsu rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Rəhimli kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov Teymur Famil oğlu özünü yaşadığı mənzildə öldürüb.
Kənd məktəbinin 11-ci sinfində oxuyan 17 yaşlı T.Məmmədov səhər saatlarında evin eyvanının tavanından keçən qaz borusuna cins materialdan olan kəməri dolayaraq özünü asıb. Valideynlərinin sözlərinə görə, T.Məmmədov əsəb xəstəsi olub.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Nizam RZA

461