Dindarların qanunsuz aksiyasına görə daha 4 nəfər tutulub
Bu barədə APA-ya vəkil Dilqəm Ağayev məlumat verib. Vəkil Rəşad, Çingiz və adlarını bilmədiyi daha iki nəfərin barəsində həbs-qətimkan tədbirinin seçildiyini deyib: “Şənbə və bazar günləri daha dörd nəfər həbs olunub. Məndə olan məlumata görə, onların da barələrində eyni maddə ilə cinayət işi başlanılıb və həbs-qətimkan tədbiri seçilib”. Dilqəm Ağayev bununla da, saxlanılan şəxslərin sayının 9-a çatdığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl saxlanılan şəxslərdən beşi barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, mayın 6-da qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanı pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılır.

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29