ANS prezidentinin qardaşını maşınla vurub öldürən prokuror oğluna cəza verildi
Tanınmış jurnalist Rafael Mustafayevi avtomobillə vuran sürücüyə hökm oxunub.
APA-nın məlumatına görə, mayın 13-də Yasamal Rayon Məhkəməsində İsmayıl İsmayılovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin qərarı ilə İ. İsmayılov 4 il 6 ay müddətinə azadlıqdan, 2 il müddətinə isə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, məlum hadisə 2010-cu il noyabrın 14-də Bakı şəhəri, Şərifzadə küçəsi, 165 ünvanında qeydə alınıb. İ. İsmayılov idarə etdiyi, dostu Fərid Əfəndiyevə məxsus maşınla piyadalar Rafael Mustafayev və Qasım Muradpuru vurub. Nəticədə ağır xəsarətlər alan piyadalar sürücüdən onları xəstəxanaya çatdırmalarını xahiş ediblər. Sürücü əvvəlcə onları maşına götürsə də, sonradan Z. Kərimov küçəsində ataraq qaçıb. R. Mustafayev orada dünyasını dəyişib. Q. Muradpur isə sonradan xəstəxanaya yerləşdirilib.
İ. İsmayılovun atası Behbud İsmayılov uzun illər Respublika Baş Prokurorluğunda çalışıb və məhz məlum hadisədən sonra B. İsmayılov peşmanlıq hissi keçirərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə yazıb. B. İsmayılov ərizəsi əsasında işdən azad olunub.
Xatırladaq ki, qəzada ölən R. Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Neft Kimya Akademiyasını bitirib. Bir sıra yerli informasiya agentliklərində çalışan R. Mustafayev Rusiyanın “Kommersant”, “Novıe İzvesiya” qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü ildən Rusiyanın “Reqnum” informasiya agentliyinin əməkdaşı olub.
R. Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin böyük qardaşıdır.

562