Ağdaşın “Qaraçılar” məhəlləsindəki qətl namus üstündə olub - TƏFƏRRÜAT
Lent.az-ın məlumatına görə, hadisə Ağdaş şəhərinin “Qaraçılar” məhəlləsi adlanan ərazisində baş verib. Şəhər sakini, 1970-ci il təvəllüdlü Qasımov Hafiz Ağamirzə oğlu ov tüfəngindən qardaşının qızı 1986-cı ildə anadan olmuş Qasımova Aytən Adəm qızını güllələyib. İki uşaq anası olan qadın ürək və boyun nahiyəsindən aldığı xəsarətdən ölüb.
Lent.az-a verilən digər məlumata görə, A.Qasımova ailəlidir. “Qaraçılar” məhəlləsində yaşayan gənc ailənin başçısı A.Qasımovanın həyat yoldaşı bir müddətdir ki, Rusiyada ticarətlə məşğuldur. Bu müddətdə gənc xanım məktəb illərindən tanıdığı və sevdiyi oğlanla görüşməyə başlayıb. Onun həmin oğlanı sevməsi və onların görüşməsi artıq çoxlarına məlum imiş. Bu il fevralın 14-də isə A.Qasımovanın sevgilisi hədiyyə alaraq onu “Sevgililər günü” münasibətilə təbrik etməyə gəlib. Bu zaman qızın əmisi – Hafiz Qasımov onları tutub. Lakin nədənsə buna reaksiya verməyib.
Bir müddət sonra münasibətlərin kəsilmədiyini görən əmi nəhayət silaha əl atıb. O, Aytənin yaşadığı evə gəlib və atəş açıb.
Verilən digər məlumata görə, H.Qasımov uzun müddətdir ki, narkotik aludəçisidir. İddia olunur ki, o, hepatit C virusunun daşıyıcısıdır və ömrünün sona çatmasına az qalıb. Bununla bağlı ekspertiza da təyin olunub.
Qeyd edək ki, qardaşı qızını qətlə yetirən əmi könüllü olaraq Polis Şöbəsinə gələrək təslim olub və silahını təhvil verib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

672