“Daşmərdan vulkanı 35 il əvvəl püskürüb”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Hacıqabul rayonu ərazisində püskürən vulkanla bağlı ilkin araşdırma aparıb. İnstitutun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya açıqlamasında bildirib ki, bu gün bir qrup alim vulkanın püskürdüyü ərazidə araşdırma aparıb. Püskürən vulkan Hacıqabuldan şimalda, Qobustanın cənub-qərbində yerləşən Daşmərdan palçıq vulkanıdır: “Palçıq vulkanında püskürmə səhər saat 08.00-da baş verib və bir saat davam edib. Alov sütununun hündürlüyü əvvəlcə 300-400 metrə qədər qalxıb, sonra aşağı düşüb. Ətrafda çoxlu vulkan palçığı tullantısı var. Bu sahə çox böyük olduğundan hələlik biz orada tədqiqat işləri apa bilmədik. Sabah bu işlər davam etdiriləcək”.
A. Əliyev deyib ki, Daşmərdan vulkanı son 200 il ərzində 4 dəfə püskürüb: “Birinci püskürmə 1866-cı ildə baş verib, ikinci püskürmə 1954-cü ildə bundan da güclü olub. Üçüncü püskürmə isə 1976-cı ildə qeydə alınıb. Bu püskürməni gözləyirdik. Çünki sonuncu püskürmədən artıq 35 il keçib”.
Şöbə müdiri baş verən vulkan püskürməsinin Hacıqabuldan Salyana qədər olan ərazidə torpaq qatında baş verən yarılma ilə əlaqəsinin olub-olmamasının araşdırmalardan sonra aydınlaşacağını deyib: “Bunu hələlik demək olmaz. Gərək bununla bağlı tədqiqat işləri aparılsın”.
A. Əliyev ərazidə aparılan tədqiqatların iki həftə ərzində açıqlanacağını bildirib.

459