Türkiyədə 2 polis şəhid olub
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, mayın 11-də saat 22:00 radələrində Şırnaq vilayətinin Silopi rayonundakı polis şöbəsinin növbətçi hissəsi atəşə tutulub. PKK terror təşkilatının üzvlərin açdığı atəş nəticəsində növbətçi hissədə olan 2 polis ağır yaralanıb. Silopi Dövlət Xəstəxanasına aparılan polislərdən biri gecə, biri isə səhər saatlarında həyatını itirib. Hücumdan sonra Silopinin bütün giriş və çıxışları qapadılıb. Daxili işlər naziri Osman Günəş terrorçuların yaxalanması üçün əməliyyat başladığını açıqlayıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğan polis əməkdaşlarının şəhid olması münasibəti ilə daxili işlər nazirinə başsağlığı verib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan polis əməkdaşlarının şəhid olması münasibəti ilə daxili işlər nazirinə başsağlığı verib.
492