Bəxtiyar Hacıyevin məhkəməsi baş tutmadı
Bu barədə Lent.az-a vəkil Elçin Namazov məlumat verib. Hakim Emin Axundovun sədrlik etdiyi prosesin baş tutmamasının səbəi məlum deyil. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, bu gün B.Hacıyevə hökm oxunması gözlənilirdi. Mayın 10-dakı prosesdə dövlət ittihamçısı B.Hacıyevə 2 il həbs cəzası verilməsini istəmişdi.
Xatırladaq ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirləndirilir. Onun barəsində 2011-ci il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə bir aylıq həbs-qətimkan tədbiri seçilib. Ondan əvvəl, yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda barəsində cinayət işi başlanıb.
Anar GƏRAYLI

512