Qazaxıstanda saxlanılan azərbaycanlı brakonyerlərə hökm oxunub
Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayon məhkəməsi ölkə sularında qeyri-qanuni nərə balığı ovu ilə məşğul olan Azərbaycan vətəndaşlarına hökm oxuyub. Lent.az-ın Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmyerlilərimizə 2 ildən 2 il 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Rəsmi açıqlamada bildirilir ki, 2010-cu il dekabrın 25-də 2201 “B” saylı hərbi hissənin “Oral” sərhəd gəmisinin apardığı reydlər zamanı Qazaxıstan sularında “Qobustan” sənaye-nəqliyyat gəmisi saxlanılıb. Gəminin göyərtəsində Azərbaycanın 8 vətəndaşı olub. Onlar Nağıyev İ.İ., Əliyev Ş.N., Fərəcullayev Z.B., Nağıyev A.A., Salahov E.B., Nağıyev Ş.A., Həsənov A.A. və Zalov A.Z.-dır. Baxış zamanı gəminin anbarında 223 ədəd və ümumi çəkisi 814 kq olan nərə cinsindən balıq, 42 qutuda duzlanmış halda kilkə və balıq tutmaq üçün qadağan olunmuş 22 yeşik qarmaq ləvazimatı aşkarlanıb və götürülüb. Məlumatda daha sonra deyilir: “Qanunsuz nərə cinsli balıq ovu ilə məşğul olan həmin şəxslərin hərəkətləri üzündən dövlətə 5 milyon 175 min 819 təngə maddi ziyan dəyib”.
Faktla bağlı yanvarın 5-də Mangistau vilayətinin Xüsusi Təbiət Mühafizəsi Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Saxlanılanlar “Böyük məbləğdə ziyan vurmaqla nərə cinsli balıqları qanunsuz ovlama” maddəsi ilə ittiham olunublar. Gəmi kapitanı Nağıyev İ.İ. 2 il 6 ay, digər ekipaj üzvləri 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli islah koloniyasında keçəcəklər. “Qobustan” sənaye-nəqliyyat gəmisi maddi sübut kimi dövlət mədaxili formasında müsadirə olunub. Xüsusi Təbiət Mühafizəsi prokurorunun qaldırdığı 5 milyon 175 min 819 təngə məbləğində iddia isə tam həcmdə təmin edilib.
Elşən MƏMMƏDOV

1297