Özünü 8-ci mərtəbədən atan qadının bədəni bir neçə yerə bölünüb
Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə bu gün saat 10.30 radələrində, rayonun Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 131 ünvanında qeydə alınıb. Doqquz mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayan, üç uşaq anası Ruhiyyə Quliyeva eyvandan özünü atıb. Nəticədə qadının bədəni bir neçə yerə parçalanıb. Hadisə yerinə Suraxanı rayon Prokurorluğunun əməkdaşları gəlib. İntiharın səbəbləri araşdırılır.
438