Anasını, arvadını və iki uşağını öldürən şəxs özünü asdı
Bu barədə APA-ya Xəzər rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gün qeydə alınıb. Təcridxanada saxlanılan Rövşən Mehrəliyev özünü asaraq öldürüb. Hadisədən dərhal sonra əraziyə əməliyyat qrupu gəlib. İntiharın səbəbləri araşdırılır.
Xəzər Rayon Prokurorluğundan bildirilib ki, özünə qəsd edən R. Mehrəliyev dörd ailə üzvünü qətlə yetirməkdə təqsirli bilinirmiş.
Qeyd edək ki, bu il yanvarın 11-də saat 04:00 radələrində Bakının Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 72, mənzil 34 ünvanında dəhşətli ailə faciəsi baş verib. Həmin ünvanda yaşayan Rövşən Mehrəliyev 61 yaşlı anası Elmira Mehrəliyevanı, 33 yaşlı arvadı Lalə Mehrəliyeva, 7 yaşlı qızı Səidə və 5 yaşlı oğlu İlhamı bıçaqla qətlə yetirib. Rövşən Mehrəliyev daha sonra özünə də bıçaqla xəsarət yetirib.

507