Təmas xəttində monitorinq keçiriləcək
11 may 2011 10:00 (UTC +04:00)

Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 12-də Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395

Oxşar yazılar