Heydər Əliyev Fondunun adından istifadə edən dələduzların işi məhkəmədə
Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
APA-nın xəbərinə görə, cinayət işi hakim Eynulla Vəliyevin icraatına verilib. Prosesin hazırlıq iclası mayın 13-nə təyin olunub.
İttiham aktına əsasən, istintaq zamanı müəyyən edilib ki, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş - 1948-ci il təvəllüdlü Seidov Kamil Mirvəli oğlu, 1967-ci il təvəllüdlü Hüseynov Arif Xəlil oğlu, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu, həmçinin 1981-ci il təvəllüdlü Vəliyev Muxtar Seyfəddin oğlu, 1956-cı il təvəllüdlü Qasımov Nadir Hilal oğlu, 1957-ci il təvəllüdlü Rəhimov Rövşən Əliyar oğlu və 1952-ci il təvəllüdlü Ələkbərov Vaqif Qoçu oğlu qabaqcadan əlbir olaraq dələduzluqla məşğul olublar. Belə ki, onlar bir qrup şəxs halında Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərən «Master-Dizayn» şirkətinin texniki imkanlarından istifadə edib hazırladıqları saxta müqavilə və layihələri təqdim etməklə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda iş adamına guya, Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin veriləcəyi barədə yalan vədlər verib aldatma yolu ilə həmin şəxslərin əmlaklarını ələ keçirərək, onlara külli miqdarda ziyan vurublar. Qrupun üzvləri tərəfindən son iki ildə müxtəlif vaxtlarda həmin iş adamlarından təxminən 809 min AZN və 300 min ABŞ dolları məbləğində pulun dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) maddəsi ilə ittiham olunurlar.
Onu da qeyd edək ki, dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar.

675