Lerik dağlarında ağır qəza: 1 ölü, 1 yaralı
10 may 2011 14:42 (UTC +04:00)

Lerik dağlarında ağır qəza: 1 ölü, 1 yaralı

Bu gün Lerik rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Lerik-Lənkəran yolunun 22-ci kilometrliyində Lələhiran kənd sakini, 1946-cı il təvəllüdlü Mirzəyev Ağarəhim Mirələm oğlunun idarə etdiyi “VAZ 2103” markalı avtomobil aşıb.


Məlumata görə, yolun həmin hissəsində sərt döngə yerləşir və A.Mirzəyev maşını orda aşırıb. Nəticədə avtomobil döngədən dərənin dibinə yuvarlanıb və çaya düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Lələhiran kənd sakini 1961-ci il təvəllüdlü Əliyev Əlizadə Əliheydər oğlu yerindəcə keçinib. Avtomobilin sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə Lənkəran şəhər xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Lerik RPŞ-da araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar