Tikintidə bədbəxt hadisə
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Z.Bünyadov küçəsində “Continental MMC”-nin tikdiyi binada fəhlə yıxılıb. Tikilməkdə olan binanın 3-cü mərtəbəsindən yıxılan Zəngilan rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Ağalar Məhərrəm oğlu təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər onun bədənində müxtəlif sınıq xəsarətləri aşkarlayıblar.
26 yaşlı fəhlənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
26 yaşlı fəhlənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
520