Ağdaşda törədilən qətlin üstü açıldı
Ağdaş rayonunda törədilən qətl hadisəsinin üstü isti izlərlə açılıb.
APA-nın Şirvan bürosunun xəbərinə görə, hadisə barədə bu gün saat 13:30 radələrində rayon polis şöbəsinə məlumat daxil olub.
Ağdaş şəhərinin Fariz Səfərov küçəsindəki 4 saylı mənzildə yaşayan 1941-ci il təvəllüdlü Səmədova Firuzə Zülfüqar qızının öz evində meyiti tapılıb. Əməliyyat-istintaq qrupu onun qətlə yetirildiyini müəyyən edib. Hadisədən bir neçə saat sonra qətli törətməkdə təqsirli bilinən Qaradağlı kənd sakini, 1971-ci il təvəllüdlü Əsədov Pərviz Məhəmmədiyə oğlu tutularaq polis şöbəsinə gətirilib. O, gecə saatlarında evdə tənha yaşayan qadının başına ağac parçası ilə bir neçə zərbə endirərək onu öldürdüyünü və mənzildə olan çox az məbləğdə pulu götürərək qaçdığını etiraf edib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Pərviz Əsədov 2009-cu ildə bacısını bıçaqladığı üçün məhkum olunub.
Bir az sonra isə qadının qızının evindən odlu silahlar və sursatlar aşkar edilərək götürülüb. Rayon Polis Şöbəsinin müstəntiqi Şirazi Qasımzadə APA-nın Şirvan bürosuna bildirib ki, şəhərin Fariz Səfərov küçəsindəki 4 saylı mənzildə baş verən qətl hadisəsi ilə bağlı əməliyyat-istintaq qrupu hadisə yerinə, eləcə də qonşu və qohumların evinə baxış keçirirkən mərhumun qonşuluqda, Fariz Səfərov küçəsindəki 16 saylı mənzildə yaşayan doğma qızı Hacıyeva Aygün Sahib qızının evindən qanunsuz saxlanılan bir ədəd AKM markalı avtomat silah, 43 ədəd 7-62 millimetrli güllə, bir ədəd güllə darağı, bir ədəd qoşalülə tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah saxlama) cinayət işi açılıb, araşdırma aparılır. Təsadüf nəticəsində tapılan silah-sursatın qətllə heç bir əlaqəsinin olmadığı bildirilir.

548