Günün tarixi
08 may 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1713. Rusiyanın paytaxtı Moskvadan Peterburqa köçürülüb
1794. Korrupsiyada ittiham edilən Fransız kimyaçı Antuan Lavuazye gilyotinlə edam edilib
1828. “Qırmızı Xaç”ın təsisçisi isveçrəli Anri Jan Dünan anadan olub
1884. ABŞ-ın 33-cü prezidenti Harri Trumen anadan olub
1912. Tanınmış ədəbiyyatçı Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) Tiflisdə vəfat edib
1917. Moskvada Ümumrusiya müsəlmanlarının I qurultayı başa çatıb
1921. I Ümumazərbaycan sovetlər qurultayında N. Nərimanov sovet hakimiyyətinin ilk faciəli günlərini xarakterizə edib: “Bu yerdə Rusiya şablonu ilə yenidənqurma başlayır”.
1945. Berlində Almaniyanın qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb. Aktı SSRİ tərəfdən marşal Jukov, Almaniya tərəfdən marşal Tedder imzalayıb
1960. SSRİ və Kuba arasında diplomatik əlaqələr qurulub
1961. Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) qurulub
1983. Lənkəran şəhərində general Həzi Aslanovun heykəli ucaldılıb
1984. SSRİ Los-Ancelesdə keçiriləcək Olimpiya oyunlarında iştirakdan imtina edib
1992. Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub
1992. Ermənilər Şuşa şəhərini işğal edib. Bununla da Dağlıq Qarabağın işğalı başa çatıb
1994. Ermənistan – Azərbaycan cəbhəsində əməliyyatın dayandırılması haqqında Bişkek protokolu Azərbaycan tərəfindən imzalanıb...

Günün aforizmi

“Tərəflər silahlı münaqişənin sülh yolu ilə həll edilməsi üçün belə görüşlərin davam etdirilməsini məqsədəuyğun sayırlar”.

Bişkek protokolundan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar